XİDMƏTLƏRİMİZ
BİZ KİMİK
Pərakəndə satışın icrasına nəzarəti qurmaq və saxlamaq istəyən şirkətlər üçün “Retailor” satış kəşfiyyatı partnyorudur və digər yüksək qiymətli alternativlərdən fərqli olaraq 2015-ci ildən etibarən Etibarlı və Fəaliyyətli məlumatları təqdim edir. Biz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Monqolustanda xidmətlərimizi təklif etməkdən qürur duyuruq.
Pərakəndə satış bazarı, onun strukturu və oyunçuları haqqında dərin biliklərə malik olmaq, həmçinin qabaqcıl məlumatların toplanması və hesabatvermə vasitələrinin tətbiqi rəqabət qarşısında əsas üstünlüklərimizdəndir.
Biz Mərkəzi Asiya və Qafqaz üzrə pərakəndə satış auditi (Retail Audit), pərakəndə satış siyahıyaalınması (Retail Census) və komandanın autsorsinqi xidmətləri təqdim edirik (Team Outsourcing services) və “Pərakəndəsatışın strategiya ilə əlaqələndirilməsi” vizyonumuzu həyata keçirmək üçün çalışırıq.
Biz ölçülərə inanırıq və şirkətlərə biznes strategiyalarını və bazar araşdırmasını birləşdirməyə kömək edirik;
1. Ən müasir texnoloji vasitələrin tətbiqi
2. Daha sürətli, daha yaxşı və daha az xərclə iş əməliyyatları
3. İdarəetmə nou-hau tətbiqi


RETAIL AUDIT
Retail Audit marka, məhsul və kampaniyaların satış nöqtələrində hansı keyfiyyətdə icra olunduğunu ölçmək üçün istifadə olunan xidmətdir. Bu xidmət vasitəsi ilə siz satış komandasının sahədəki işini dəyərləndirmək üçün həm keyfiyyət, həm də kəmiyyət meyarları əldə edə bilirsiniz.
Nümunə üçün aşağıdakıları göstərmək olar:

RETAIL CENSUS
Böyümə ehtiyacı daimidir və buna görə də potensial yeni satış nöqtələrinin axtarışı yolu ilə üfiqi böyümə istəyi də daimidir.
Sahə auditorlarından ibarət peşəkar komandamız ilə biz aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmayaraq pərakəndə satış məntəqələrinə aid xüsusi siyahıyalma məlumatlarını toplayırıq və təqdim edirik.
.png)
OUTSOURCING
İşinizi daha az xərclə və daha yaxsi keyfiyyətli həll edə bilərsiniz. Ticarət və satış işlərinizi Retailor MMC-yə təhvil verməklə əməliyyat xərclərinizə təxminən 30% qənaət edə bilərsiniz. Biznes proseslərinizi autsorsing etmək enerjinizi azad edəcək və diqqətinizi brendinizi qurmağa, tədqiqat və inkişafa sərmayə qoymağa və əlavə dəyərli xidmətlər göstərməyə davam etməyə imkan verəcək.
Etibarlılıq
Təqdim etdiyimiz məlumat dəqiqliyi və sürətinə görə partnyorlar bizə güvənir.
Effektivlik
Biz daim biznes proseslərimizin səmərəliliyini artırmaq üzərində işləyirik.
Cavabdehlik
Biz ətraf mühit üzərindəki təsirimizə görə məsuliyyətimizi anlayırıq.
Çeviklik
Biz öyrənmə, uyğunlaşma və işimizi idarə etməkdə çeviklik nümayiş etdiririk.
PARTNYORLAR
![]() | ![]() | ![]() |
---|---|---|
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |
![]() |
BİZİMLƏ ƏLAQƏ

Sorğular
Hər hansı bir sual, sual və ya tövsiyə üçün zəng edin: +994 55 226 3135 və ya aşağıdakı formanı doldurun
Ünvan
Bakı şəhəri, Binəqədi rayonu, Xarici dairəvi küç 3121-ci məhəllə